satellite   Azerspace-1: 11135 H 30000

Məcid Seyidov Culfada “Sağlam məhəllə” idman zonasında görülmüş işlərlə tanış olub - FOTOLAR

Məcid Seyidov Culfada “Sağlam məhəllə” idman zonasında görülmüş işlərlə tanış olub<font color=red> - FOTOLAR</font> Məcid Seyidov Culfada “Sağlam məhəllə” idman zonasında görülmüş işlərlə tanış olub<font color=red> - FOTOLAR</font> Məcid Seyidov Culfada “Sağlam məhəllə” idman zonasında görülmüş işlərlə tanış olub<font color=red> - FOTOLAR</font> Məcid Seyidov Culfada “Sağlam məhəllə” idman zonasında görülmüş işlərlə tanış olub<font color=red> - FOTOLAR</font> Məcid Seyidov Culfada “Sağlam məhəllə” idman zonasında görülmüş işlərlə tanış olub<font color=red> - FOTOLAR</font>

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NTV-yə verilən məlumata əsasən yanvarın 27-də Naxçıvan Muxtar Respublikası gənclər və idman nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Məcid Seyidov vətəndaş qəbulundan sonra Culfa Rayon İcra Hakimiyyəti başçısının müavini, başçının səlahiyyətlərini müvəqqəti icra edən Sara Hüseynova ilə birgə “Sağlam məhəllə” layihəsi çərçivəsində nəzərdə tutulmuş idman zonasında olub, burada icra olunan inşaat işlərinin gedişatı ilə maraqlanıblar. 

Məlumat verilib ki, idman zonasında həyata keçirilən işlər yekun mərhələdədir. Hazırda ərazidə trenajor alətləri quraşdırılır. Minifutbol və basketbol medydançaları hasara alınıb, oyun sahəsinin səthi hazır vəziyyətə gətirilib, işıqlandırma təmin olunub. İşlər ardıcıl şəkildə icra olunur. Prosesin fevral ayının əvvəllərində tamamlanması gözlənilir.

Qeyd edək ki, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən əhalinin sağlam həyat tərzinin təmin edilməsi məqsədilə ölkənin müxtəlif regionlarında “Sağlam məhəllə” layihəsi əsasında idman zonaları yaradılır. Bu il Babək, Culfa və Şahbuz şəhərlərini də əhatə edir. Hər bir idman zonasında açıq havada idman fəaliyyətləri üçün uyğun mühit yaradılacaq. Vətəndaşlar burada minifutbol, basketbol, stolüstü tennis və şahmat idman növləri ilə məşğul ola, eyni zamanda trenajor avadanlıqlarından faydalana biləcəklər. 

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM