satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan millisinin futbolçusu: Hədəfimiz Türkiyə çempionu olmaqdır

Azərbaycan millisinin futbolçusu: Hədəfimiz Türkiyə çempionu olmaqdır

“Qaziantep”dən təklifi bir həftə əvvəl almışdım.

Bu sözləri NTV-yə açıqlamasında Türkiyənin “Qaziantep” komandasına keçən qadın futbolçulardan ibarət Azərbaycan millisinin üzvü Coşqunə Əliyeva deyib.

O, komandanın hazırkı durumunun yaxşı olduğunu bildirib: “Qaziantep” bu mövsüm liqada keçirdiyi heç bir oyunda uduzmayıb. Hədəfimiz qarşıdakı oyunlarda qalib gələrək çempion olmaqdır. Avropada Azərbaycan qadın futboluna marağın artmasının səbəbini son illərdə əldə etdiyimiz nəticələrdə görürəm. İnanıram ki, gələcəkdə bu maraq daha da artacaq və çoxlu nailiyyətlər əldə olunacaq”.

23 yaşlı oyunçu bir neçə gün əvvəl Almaniyanın “Hamburq” komandasına transfer olunan Nigar Mirzəliyeva haqqında da danışıb: “Bu keçid məni çox sevindirdi. O, yaxşı yerlərdə olmağa layiq bir oyunçudur və yüksək potensiala malikdir. “Hamburq”la yeni uğurlara imza atmasını arzulayıram”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM