satellite   Azerspace-1: 11135 H 30000

Boks üzrə Naxçıvan komandasının üzvü ölkə çempionatının mükafatçısı olub - FOTOLAR

Boks üzrə Naxçıvan komandasının üzvü ölkə çempionatının mükafatçısı olub<font color=red> - FOTOLAR</font> Boks üzrə Naxçıvan komandasının üzvü ölkə çempionatının mükafatçısı olub<font color=red> - FOTOLAR</font> Boks üzrə Naxçıvan komandasının üzvü ölkə çempionatının mükafatçısı olub<font color=red> - FOTOLAR</font> Boks üzrə Naxçıvan komandasının üzvü ölkə çempionatının mükafatçısı olub<font color=red> - FOTOLAR</font>

Boks üzrə Naxçıvan komandasının üzvü ölkə çempionatının mükafatçısı olub.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NTV-yə verilən məlumata görə, Bakı şəhərində kişi və qadın boksçular arasında Azərbaycan çempionatı keçirilib. Boks Mərkəzində reallaşan yarışda respublikanın müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən 33 komandanın 166 boksçusu mübarizə aparıb.

22-28 yanvar tarixlərini əhatə edən ölkə çempionatında Naxçıvan Muxtar Respublikası baş məşqçi Elnur Kərimli, məşqçi Aftandil Musayev, idmançılar Elbrus Kərimli, Ucal Musayev və Elvin Quliyevlə təmsil olunub. 

Komandanın idmançılarından Ucal Musayevin çıxışı uğurlu alınıb. Yarışda 50 kq çəki dərəcəsində mübarizə aparan boksçu 3 rəqibini mübarizədən kənarlaşdıraraq finala vəsiqə qazanıb. Bilalhəbaşi Nəzərovla keçirdiyi həlledici görüşdə məğlubiyyət yaşayan U.Musayev gümüş medala layiq görülüb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM