satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan klubları ötən il futbolçu satışlarından 9,5 milyon dollar qazanıb

Azərbaycan klubları ötən il futbolçu satışlarından 9,5 milyon dollar qazanıb

FIFA kişi futbolunda beynəlxalq transferlərlə bağlı 2025-ci ilin hesabatını açıqlayıb.

NTV qurumun rəsmi saytına istinadən xəbər verir ki, transferlərin sayı və maliyyə dövriyyəsinin əks olunduğu hesabatda Azərbaycan 58-ci pillədə qərarlaşıb.

Ötən il ölkəmizə 162 oyunçu transfer olunub, 95 futbolçu isə xarici klublara keçib. Azərbaycan klubları transferlər üçün 4.96 milyon dollar xərcləyib, satışlardan isə 9.53 milyon dollar gəlir götürüb.

Azərbaycana gələn futbolçuların sayı 45,9 faiz artsa da, ölkə xaricinə transferlərdə 41,8 faiz azalma qeydə alınıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM