satellite   Azerspace-1: 11135 H 30000

Futzal üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsi başa çatıb

Futzal üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsi başa çatıb

Futzal üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsinə bu gün yekun vurulub.

NTV xəbər verir ki, keçirilməsi nəzərdə tutulan 4 oyundan 3-ü baş tutub.

"Yeni Suraxanı" U-19-la görüşə gəlmədiyinə görə, matçın nəticəsi haqda AFFA İntizam komitəsi qərar verəcək.

Günün ilk matçında "Baku Fire-2" böyükhesablı qələbə qazanıb. I Liqanın iddialı təmsilçilərindən "STAR kargo" – "Şuşa" dueli isə ən maraqlı görüş olub. Matçın əvvəlində Yüksək Liqa klubu hesabda öndə olsa da, aşağı liqa təmsilçisi sona yaxın hadisələrin axarını xeyrinə dəyişib və qələbə qazanıb.

Son görüşdə isə Azərbaycan Kubokunun son qalibi olan PFL böyükhesablı qələbə sayəsində 1/4 finala vəsiqə qazanıb.

"Ulduz" - "Baku Fire-2" 1:12

"STAR kargo" – "Şuşa"10:8

"Timsport" – PFL 4:15

Beləliklə, martın 15-də keçiriləcək 1/4 final mərhələsində bu komandalar qarşılaşacaq:

U-19 – "Yeni Suraxanı" // PFL

"Lənkəran" – "Baku Fire-2"

"STAR kargo" – "Neftçi" İK

"Xan-Lənkəran" – "Araz-Naxçıvan".

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM