satellite   Azerspace-1: 11135 H 30000

Əmrah Nağıyev Tükiyədə növbəti dəfə marafon iştirakçısı olub - FOTOLAR

Əmrah Nağıyev Tükiyədə növbəti dəfə marafon iştirakçısı olub<font color=red> - FOTOLAR</font> Əmrah Nağıyev Tükiyədə növbəti dəfə marafon iştirakçısı olub<font color=red> - FOTOLAR</font> Əmrah Nağıyev Tükiyədə növbəti dəfə marafon iştirakçısı olub<font color=red> - FOTOLAR</font>

Türkiyənin Trabzon şəhərində 46-cı Beynəlxalq Trabzon Yarı Marafonu (21 km) təşkil olunub. Türkiyə Cümhuriyyətin 100-cü ildönümünə həsr olunan kütləvi idman tədbirinə iki mindən çox insan qatılıb. Marafon çərçivəsində 10K, 21K və xalq qaçışı yarışları keçirilib.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NTV-yə  verilən məlumata görə, Naxçıvan Muxtar Respublikasından yarı marafona qatılan atlet Əmrah Nağıyev ölkəmizi 10K yarışında (10 kilometr) təmsil edib. Təmsilçimiz finiş xəttini 37 dəqiqə 50 saniyəyə keçərək yarışı kişilər (18-34 yaş) arasında 12-ci pillədə başa vurub.

Xatırladaq ki, müxtəlif məsafələrdə Azərbaycan birinciliklərinin, beynəlxalq turnirlərin qalibi və mükafatçısı olan Əmrah Nağıyev Türkiyənin bir çox regionlarında, o cümlədən Azərbaycan və Gürcüstanda təşkil olunan beynəlxalq marafonların daimi iştirakçısıdır.  

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM