satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanın “Turan” Döyüş Klubundan iki idmançı Avrasiya çempionu olub - FOTOLAR

Naxçıvanın “Turan” Döyüş Klubundan iki idmançı Avrasiya çempionu olub<font color=red> - FOTOLAR</font> Naxçıvanın “Turan” Döyüş Klubundan iki idmançı Avrasiya çempionu olub<font color=red> - FOTOLAR</font> Naxçıvanın “Turan” Döyüş Klubundan iki idmançı Avrasiya çempionu olub<font color=red> - FOTOLAR</font> Naxçıvanın “Turan” Döyüş Klubundan iki idmançı Avrasiya çempionu olub<font color=red> - FOTOLAR</font> Naxçıvanın “Turan” Döyüş Klubundan iki idmançı Avrasiya çempionu olub<font color=red> - FOTOLAR</font> Naxçıvanın “Turan” Döyüş Klubundan iki idmançı Avrasiya çempionu olub<font color=red> - FOTOLAR</font> Naxçıvanın “Turan” Döyüş Klubundan iki idmançı Avrasiya çempionu olub<font color=red> - FOTOLAR</font> Naxçıvanın “Turan” Döyüş Klubundan iki idmançı Avrasiya çempionu olub<font color=red> - FOTOLAR</font>

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NTV-yə verilən məlumata görə, Azərbaycanda AIGA təşkilatının qrapplinq üzrə ilk Avrasiya çempionatı keçirilib. Fevralın 13-dən 15-dək davam edən yarışın görüşləri “Sərhədçi” İdman Mərkəzində reallaşıb. Çempionatda 30-dan çox ölkəni təmsil edən 700-dən artıq idmançı müxtəlif yaş və çəki kateqoriyalarında mübarizə aparıblar. Azərbaycan 69 qızıl, 84 gümüş və 89 bürünc medalla ölkə sıralamasında birinci olub.   

Mötəbər yarışda ölkəmizi təmsil edən komandalardan biri də “Turan” Döyüş Klubu olub. Klubun baş məşqçisi Xəyal Abdullayevin rəhbərliyi ilə yarışa 15 idmançı qatılıb. Nəticələrə əsasən komanda Avrasiya çempionatını 2 qızıl, 1 gümüş və 7 bürünc medalla tamamlayıb. 

Təmsilçilərimizdən Rəhim Quluzadə (45 kq) 16–17 yaşlı idmançıların, Həmid Ələkbərli (72 kq) isə 14–15 yaşlıların yarışında bütün rəqiblərini məğlub edərək çempion adına sahib çıxıblar. 

Klubun digər idmançılarından Nurəddin Əliyev (45 kq) 16–17 yaş kateqoriyasında ikinci olub. 14–15 yaş qrupunda Mahir Səfərov (41 kq), Əli Əbilov (45 kq), Əbülfəz Cəfərov (55 kq), Tunar Hüseynli (55 kq), Əli Qəribov (72+ kq), həmçinin 16–17 yaş qrupunda Nurəli Əsgərov (55 kq) və Ravil Alməmmədov (72 kq) öz çəki dərəcələrində üçüncü yerə layiq görülüblər.

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM