satellite   Azerspace-1: 11135 H 30000

Çempionlar Liqası: "Real Madrid" "Bavariya"ya, "Arsenal" "Sportinq"ə qarşı

Çempionlar Liqası: "Real Madrid" "Bavariya"ya, "Arsenal" "Sportinq"ə qarşı

Bu gün UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinə start veriləcək.

NTV xəbər verir ki, ilk oyun günündə 2 qarşılaşma keçiriləcək. Hər iki görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Bu raundun mərkəzi matçı İspaniyada "Real Madrid"lə Almaniya "Bavariya"sı arasında olacaq. Oyunu ingiltərəli FIFA referisi Maykl Oliver idarə edəcək.

Gecənin digər görüşündə isə İngiltərənin "Arsenal" klubu Portuqaliyada "Sportinq"lə qarşılaşacaq. Qarşılaşmanın baş hakimi almaniyalı Daniel Zibert olacaq.

Qeyd edək ki, 1/4 finalın "Barselona" - "Atletiko Madrid" və PSJ - "Liverpul" matçları aprelin 8-də keçiriləcək. Bu mərhələnin cavab oyunları isə aprelin 14-15-də reallaşacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM