satellite   Azerspace-1: 11135 H 30000

Dünyanın ən yaxşı 15 qapıçısı açıqlanıb - SİYAHI

Dünyanın ən yaxşı 15 qapıçısı açıqlanıb<font color='red'> - SİYAHI</font>

Nüfuzlu “The Athletic” nəşri hazırda dünyada karyerasını davam etdirən ən yaxşı 15 qapıçının adını açıqlayıb.

NTV xəbər verir ki, reytinqə İspaniyanın “Real Madrid” klubunda çıxış edən Tibo Kurtua başçılıq edir.

İlk “üçlüy”ü İngiltərə təmsilçilərindən “Mançester Siti”nin formasını geyinən Canluici Donnarumma və “Liverpul”un şərəfini qoruyan Alisson Beker tamamlayır. Siyahıda, həmçinin Türkiyənin “Fənərbağça” komandasının qolkiperi Ederson Moraeş də yer alıb.

 

Dünyanın ən yaxşı 15 qapıçısı

1. Tibo Kurtua (“Real Madrid” / Belçika)

2. Canluici Donnarumma (“Mançester Siti” / İtaliya)

3. Alisson Beker (“Liverpul” / Braziliya)

4. Manuel Noyer (“Bavariya” / Almaniya)

5. Mayk Menyan (“Milan” / Fransa)

6. Emiliano Martines (“Aston Villa” / Argentina)

7. David Raya (“Arsenal” / İspaniya)

8. Yan Oblak (“Atletiko” / Sloveniya)

9. Joan Qarsiya (“Barselona” / İspaniya)

10. Qreqor Kobel (“Borussiya Dortmund” / İsveçrə)

11. Cordan Pikford (“Everton” / İngiltərə)

12. Yann Zommer (“İnter” / İsveçrə)

13. Unay Simon (“Atletik” / İspaniya)

14. Dioqu Koşta (“Portu” / Portuqaliya)

15. Ederson Moraeş (“Fənərbağça” / Braziliya)

Qeyd edək ki, siyahı hazırlanarkən qapıçıların elit səviyyədə çıxış müddəti, göstərdikləri sabit performans və komandalarının nəticələrinə təsiri əsas götürülüb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM