satellite   Azerspace-1: 11135 H 30000

Əmrah Nağıyev “Sea Breeze” qaçışında ikinci olub - FOTOLAR

Əmrah Nağıyev “Sea Breeze” qaçışında ikinci olub<font color=red> - FOTOLAR</font> Əmrah Nağıyev “Sea Breeze” qaçışında ikinci olub<font color=red> - FOTOLAR</font> Əmrah Nağıyev “Sea Breeze” qaçışında ikinci olub<font color=red> - FOTOLAR</font> Əmrah Nağıyev “Sea Breeze” qaçışında ikinci olub<font color=red> - FOTOLAR</font>

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NTV-yə verilən məlumata görə, Bakı şəhərinin Sea Breeze ərazisində Baku Pulse tərəfindən “Sea Breeze Run 2” qaçış yarışı təşkil olunub. Ümumilikdə 267 həvəskar və peşəkar idmançının iştirak etdiyi tədbir çərçivəsində 10 km məsafəyə qaçış və müxtəlif yaş kateqoriyaları üzrə yarışlar təşkil olunub. 

Yarışa Naxçıvandan qatılan idmançı Əmrah Nağıyev 10 km məsafədə müvəffəqiyyət qazanıb. Atlet finişə ikinci olaraq çatıb və yarışın gümüş medalına layiq görülüb. 

Qeyd edək ki, yarış iştirakçıları arasında Rusiya, Pakistan, İran, Ukrayna, Portuqaliya, Gürcüstan, Türkiyə, Çexiya, Özbəkistan, Qazaxıstan, Braziliya, ABŞ və digər ölkələrin nümayəndələri də yer alıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM