satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvan Olimpiya İdman Kompleksində yeniyetmələr arasında cüdo yarışları keçiriləcək

Naxçıvan Olimpiya İdman Kompleksində yeniyetmələr arasında cüdo yarışları keçiriləcək

Naxçıvan Olimpiya İdman Kompleksində cüdo üzrə region birinciliklərinə start veriləcək.

NTV Azərbaycan Cüdo Federasiyasına istinadən xəbər verir ki, aprelin 25–26-da keçiriləcək yarışlarda U-14 və U-17 yaş qrupları üzrə yeniyetmələr mübarizə aparacaqlar.

Naxçıvan Muxtar Respublikası bölgəsi üzrə təşkil olunacaq turnirlərdə ümumilikdə 92 cüdoçu tatamiyə çıxacaq.

Yarışların əsas məqsədi yeniyetmə idmançılar bazasını formalaşdırmaq və kvota əsasında ölkə birinciliyinə vəsiqə qazanacaq cüdoçuları müəyyənləşdirməkdir. U-17 kateqoriyası üzrə qeydə alınan nəticələr həmçinin millinin heyətinə seçim üçün vacib reytinq xalları qazandıracaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM