satellite   Azerspace-1: 11135 H 30000

“Sabah” - “Qarabağ” oyununa bütün biletlər satılıb

“Sabah” - “Qarabağ” oyununa bütün biletlər satılıb

Azərbaycan Kubokunun yarımfinal mərhələsində “Sabah” və “Qarabağ” komandaları arasında keçiriləcək cavab oyunu üçün biletlər tükənib.

Bakı klubunun mətbuat xidmətindən NTV-yə bildirilib ki, Masazırdakı “Bank Respublika Arena”da oynanılacaq matç üçün satışa çıxarılmış biletlərin hamısı alınıb.

Qarşılaşma saat 20:00-da başlayacaq. Bu komandaların ilk duelində qalib müəyyənləşməyib – 2:2.

Qeyd edək ki, “Sabah” – “Qarabağ” cütünün qalibi finalda “Zirə”nin rəqibi olacaq. “Qartallar” ilk oyunda 2 cavabsız qolla qalib gəldiyi “Turan Tovuz”la cavab matçında qolsuz heç-heçə edərək finala vəsiqə qazanıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM