Türkiyə Superliqasının XXXI turunda “Qalatasaray” və “Fənərbağça” arasında keçiriləcək derbi oyununun hakimi açıqlanıb.
NTV Türkiyə Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, prinsipial qarşılaşmanı Yasin Kol idarə edəcək.
Lakin “Qalatasaray” klubunun prezidenti Dursun Özbək bu təyinata qarşı çıxıb və TFF ilə əlaqələrin dayandırıldığını açıqlayıb. Buna səbəb funksionerin bəzi oyunlarda referinin idarəçiliyindən narazı qalmasıdır.
Qeyd edək ki, aprelin 26-da keçiriləcək “Qalatasaray” - “Fənərbağça” derbisi Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
Hazırda “cim-bom” 71 xalla turnir cədvəlinə başçılıq edir. “Sarı-lacivərdlilər” isə 67 xalla ikinci pillədə qərarlaşıb.
