satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanda kütləvi idman tədbiri keçiriləcək

Naxçıvanda kütləvi idman tədbiri keçiriləcək

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NTV-yə verilən məlumata görə, aprelin 24-də Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan şəhərindəki “Böyük bağ” istirahət parkında “İdmanla bir gün” adlı kütləvi idman tədbiri keçiriləcək. 

Ərazidə iştirakçılar üçün stolüstü tennis, şahmat, badminton kimi idman növlərində, eyni zamanda müxtəlif əyləncəli idman oyunlarında yarışmalar təşkil olunacaq. Yarışlarda uğur qazanan iştirakçılar təltif olunacaqlar. 

Könüllülük, hər kəsə uyğunluq, sağlam həyat tərzinin aşılanması, tibbi nəzarət prinsiplərinə əsaslanan layihədə məktəblilər, ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri, gənclərlə yanaşı müxtəlif yaş qruplarına mənsub insanlar iştirak edə bilərlər. 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM