satellite   Azerspace-1: 11135 H 30000

Arda Gülər zədələnib, mövsümün sonunadək oynamayacaq

Arda Gülər zədələnib, mövsümün sonunadək oynamayacaq

İspaniyanın “Real Madrid” komandasının futbolçusu Arda Gülər zədələnib.

NTV xəbər verir ki, klubun tibbi heyəti tərəfindən aparılan müayinələrin nəticəsinə əsasən, Türkiyə millisinin üzvünün sağ ayağında budun arxa hissəsində yerləşən biseps femoris əzələsində zədə qeydə alınıb.

Oyunçunun vəziyyətinin nəzarətdə saxlanıldığı bildirilib.

İtaliyalı insayder Fabrizio Romano isə yarımmüdafiəçinin mövsümün qalan hissəsini buraxacağına dair iddia irəli sürüb. Onun sözlərinə görə, 21 yaşlı futbolçu 2026-cı il dünya çempionatına hazır olmaq üçün müalicə və bərpa prosesinə üstünlük verəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM