satellite   Azerspace-1: 11135 H 30000

"Neftçi" – "Qarabağ" matçına hakim təyinatları açıqlanıb

"Neftçi" – "Qarabağ" matçına hakim təyinatları açıqlanıb

Misli Premyer Liqasının XXI turundan təxirə salınan "Neftçi" – "Qarabağ" matçının təyinatları məlum olub.

NTV Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşmanın baş hakimi Kamranbəy Rəhimov olacaq. Ona Rəhman İmami və Müslüm Əliyev kömək göstərəcəklər.

Dördüncü hakim funksiyasını Rəşad Əhmədov yerinə yetirəcək. VAR-da Elçin Məsiyev, AVAR-da Elşad Abdullayev əyləşəcək.

Xatırladaq ki, "Neftçi" - "Qarabağ" oyunu aprelin 30-da "Palms Sports Arena"da, saat 20:00-da start götürəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM