Azərbaycan milli komandası mayın 28-dən 30-dək Bakıda, iyunun 1-dən 10-dək isə Avstriyanın Bad-Valtersdorf şəhərində təlim-məşq toplanışında olacaq.
AFFA-dan NTV-yə verilən məlumata görə, millimiz Avstriya toplanışı zamanı iki yoldaşlıq oyunu keçirəcək.
Komanda iyunun 5-də Malta, 9-da isə San-Marino yığması ilə qarşılaşacaq.
Oyunlar Macarıstanın Sombatxey şəhərində yerləşən Haladaş İdman Kompleksinin stadionunda keçiriləcək. Hər iki qarşılaşmanın Bakı vaxtı ilə saat 22:00-da başlanması nəzərdə tutulur.
