satellite   Azerspace-1: 11135 H 30000

Türkiyə klubu ölkə çempionatında iştirakdan imtina edib

Türkiyə klubu ölkə çempionatında iştirakdan imtina edib

Türkiyənin "Altınordu" klubu maliyyə problemi səbəbindən 2026/2027-ci illər mövsümündə II Liqada iştirak etməyəcəyini açıqlayıb.

NTV xəbər verir ki, bu barədə klubun yaydığı bəyanatda bildirilib.

İzmir təmsilçisi 2012-ci ildən etibarən "Altınordu" adını layiqincə təmsil etməyə çalışdıqlarını və bu müddətdə gənc futbolçuların yetişdirilməsi istiqamətində mühüm işlər gördüklərini vurğulayıb.

Bəyanatda aşağı yaş qruplarının fəaliyyətini davam etdirəcəyi bildirilib.

Qeyd edək ki, “Altınordu” Çağlar Söyüncü ve Cengiz Ünder kimi tanınmış adları Türkiyə futboluna qazandırıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM