“Kəpəz” heyətinə yeni futbolçu qatıb.
Klubun mətbuat xidmətindən NTV-yə verilən məlumata görə, “sarı-göylər” Vadim Abdullayevi transfer edib.
Yarımmüdafiəçi ilə mövsümün sonuna kimi müqavilə imzalanıb.
Ötən mövsümü “Karvan-Yevlax”da keçirən futbolçu 31 oyunda meydana çıxıb və 1 qol vurub.
