satellite   Azerspace-1: 11135 H 30000

"Milan" Leandro Paredesə rəsmi təklif göndərib

"Milan" Leandro Paredesə rəsmi təklif göndərib

İtaliyanın "Milan" klubu Argentina təmsilçisi "Boka Xuniors"unun yarımmüdafiəçisi Leandro Paredesi transfer etmək niyyətindədir.

NTV ESPN-ə istinadən xəbər verir ki, İtaliya təmsilçisi 32 yaşlı futbolçunun keçidi ilə bağlı Argentina klubuna artıq rəsmi təklif göndərib.

Keçidin baş tutması üçün "Milan" yarımmüdafiəçi ilə şəxsi müqavilənin şərtlərini də razılaşdırmalıdır.

Bununla yanaşı, İtaliya klubu heyətdəki sıxlığı azaltmalıdır. L.Paredesin transferi yalnız komandadakı bir neçə yarımmüdafiəçi satıldıqdan sonra gerçəkləşə bilər.

Qeyd edək ki, "Boka Xuniors"a qayıdan L.Paredes bu komandada keçirdiyi 42 matçda 4 qol vurub və 9 məhsuldar ötürmə müəllifi olub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM