satellite   Azerspace-1: 11135 H 30000

"Fənərbağça" 18 ildən sonra Çempionlar Liqasının Liqa mərhələsinə yüksəlib

"Fənərbağça" 18 ildən sonra Çempionlar Liqasının Liqa mərhələsinə yüksəlib

Türkiyənin "Fənərbağça" klubu 18 ildən sonra UEFA Çempionlar Liqasının Liqa mərhələsində iştirak etmək hüququ qazanıb.

NTV xəbər verir ki, İstanbul təmsilçisi pley-off mərhələsinin cavab oyununda səfərdə Fransanın "Lion" komandasını 2:1 hesabı ilə məğlub edib.

"Sarı-lacıvərdlilər"in qollarını Vedat Muriqi (24) və Arçi Braun (28) vurublar. Ev sahiblərinin heyətində isə Malik Fofana (61) fərqlənib.

İstanbulda keçirilən ilk qarşılaşma 1:1 hesabı ilə başa çatmışdı.

Beləliklə, iki oyunun nəticəsinə əsasən rəqibini 3:2 hesabı ilə üstələyən "Fənərbağça" 2008/09 mövsümündən sonra ilk dəfə Çempionlar Liqasının Liqa mərhələsində mübarizə aparacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM