satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan XİN Pakistana başsağlığı verib - FOTOLAR

Azərbaycan XİN Pakistana başsağlığı verib<font color=red> - FOTOLAR</font>

Azərbaycan Xarici İşlər Nazirliyi Pakistana başsağlığı verib.

NTV xəbər verir ki, bu barədə qurumun "X" hesabında məlumat verilib.

"İslamabaddakı Pakistan Tibb Elmləri İnstitutunda baş verən və yeni doğulmuş körpələrin həyatını itirməsi ilə nəticələnən faciəvi yanğın xəbəri bizi dərindən kədərləndirib. Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, yaralananlara isə tezliklə şəfa diləyirik. Bu ağır kədərli anda qardaş Pakistan hökuməti və xalqı ilə həmrəyliyimizi ifadə edirik", - deyə məlumatda bildirilib.

Qeyd edək ki, Pakistan Tibb Elmləri İnstitutunun (PIMS) ginekologiya şöbəsində baş verən yanğın nəticəsində ən azı 15 körpə ölüb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM