Azərbaycanın iki cüdoçusu “World Masters” turnirinin gümüş medalını qazanıb

Azərbaycanın iki cüdoçusu “World Masters” turnirinin gümüş medalını qazanıb

Qətərin paytaxtı Dohada keçirilən “World Masters” turnirində Azərbaycan cüdoçuları iki gümüş medal qazanıblar.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, 78 kiloqram çəkidə mübarizə aparan cüdoçumuz İrina Kindzerska həlledici mərhələdə fransalı Romana Dikkoya məğlub olaraq ikinci yeri tutub. Komandamızın digər üzvü (100 kq) Zelim Kotsoyev də final mərhələsində rəqibinin öhdəsindən gələ bilməyib. Belə ki, gürcüstanlı Varlam Lipertaliana uduzan təmsilçimiz turnirin gümüş medalı ilə kifayətlənib.

Qeyd edək ki, “Tokio-2020”yə Olimpiya lisenziya xalları verən yarışda ölkəmizi 7 cüdoçu təmsil edib. Turnirdə 69 ölkədən 400-ə yaxın cüdoçu mübarizə aparıb.

Xəbər lenti
Xəzərdə zəlzələ olub

13:26 26.01.2021

Çox oxunan xəbərlər