Futzal üzrə Azərbaycan və Slovakiya milliləri səkkizinci dəfə üz-üzə gələcəklər

Futzal üzrə Azərbaycan və Slovakiya milliləri səkkizinci dəfə üz-üzə gələcəklər

Futzal üzrə Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsi çərçivəsində aprelin 8-də Levice şəhərindəki eyniadlı idman zalında Slovakiya yığması ilə qarşılaşacaq. Bu görüş komandalar arasında səkkizinci oyun olacaq.

NUHÇIXAN İnformasiya Agentliyi Azərbaycan Futzal Federasiyasına istinadla xəbər verir ki, millimiz seçmə turnirlərdə Slovakiya yığması ilə 7 dəfə qüvvəsini sınayıb. 1996-cı, 2014-cü, 2016-cı və 2022-ci il Avropa çempionatlarının seçmə mərhələsi çərçivəsində keçirilən bu 7 görüşdən 4-də Azərbaycan, 1-də Slovakiya futzalçıları qalib gəlib, ikisi isə heç-heçə başa çatıb.

Qeyd edək ki, 2022-ci ildə təşkil olunacaq Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan yığması 4 turdan sonra üçüncü qrupda 12 xalla liderdir və qitə birinciliyinə vəsiqəni vaxtından əvvəl təmin edib.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM