satellite   Azerspace-1: 11135 H 30000

Məhəmməd Salah qol sayında Stiven Cerrarda çatıb

Məhəmməd Salah qol sayında Stiven Cerrarda çatıb

Məhəmməd Salah İngiltərənin "Liverpul" klubunda qol sayına görə əfsanəvi futbolçu Stiven Cerrarda çatıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, 30 yaşlı hücumçu buna "Mançester Yunayted"ə 1:2 hesabı ilə uduzduqları Premyer Liqanın III tur oyununda nail olub.

Komandasının yeganə qoluna imza atan forvard 120-ci topunu vuraraq Mersisayd təmsilçisinin tarixinə düşüb.

"Liverpul" tarixinin bombardiri 128 qolla ingiltərəli sabiq oyunçu Robbi Faulerdir.

Qeyd edək ki, Məhəmməd Salah 2017-ci ildən bu komandanın formasını geyinir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM