satellite   Azerspace-1: 11135 H 30000

Bakıdan bölgələrə iki gün ərzində 20 minə yaxın sərnişin daşınıb

Bakıdan bölgələrə iki gün ərzində 20 minə yaxın sərnişin daşınıb

Qurban bayramı və Müstəqillik günü ilə əlaqədar bütün avtovağzal və avtostansiyalar mayın 26-dan gücləndirilmiş iş rejimində çalışır.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən NTV-yə bildirilib ki, iki gün ərzində Bakı Beynəlxalq Avtovağzal Kompleksindən 592 reys həyata keçirilib, 20 minə yaxın sərnişin rahat və təhlükəsiz şəkildə mənzil başına çatdırılıb.

Sərnişin tələbatını qarşılamaq üçün əlavə 180 reys həyata keçirilib.

Sərnişinlərin 55 faizi biletlərini onlayn qaydada “biletim.az” portalından əldə edərək səfərlərini reallaşdırıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM