satellite   Azerspace-1: 11135 H 30000

Bərdədə baş vermiş ölüm faktı ilə bağlı cinayət işi başlanıb

Bərdədə baş vermiş ölüm faktı ilə bağlı cinayət işi başlanıb

Sentyabrın 30-da Bərdə rayonunun Mollaəhməd kəndi ərazisində 2000-ci il təvəllüdlü Elnur Rüstəmovun üzərində kəsilmiş-deşilmiş xəsarətlər olan meyitinin aşkar edilməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsilə cinayət işi başlanaraq istintaq aparılır.

Baş Prokurorluğun mətbuat xidmətindən NTV-yə verilən məlumata görə, ilkin araşdırmalarla cinayətin Cavad Hüseynov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edildiyindən o, prokurorluq tərəfindən iş üzrə şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam edir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM