satellite   Azerspace-1: 11135 H 30000

Milli Məclisdə süni intellekt və sosial media ilə bağlı qanunun qəbulu təklif olunub

Milli Məclisdə süni intellekt və sosial media ilə bağlı qanunun qəbulu təklif olunub

Milli Məclisdə süni intellekt və sosial media ilə bağlı qanunun qəbulu təklif olunub.

NTV xəbər verir ki, bu təkliflə Milli Məclisin deputatı Ceyhun Məmmədov parlamentin payız sessiyasının bugünkü - ilk iclasında çıxış edib.

Onun sözlərinə görə, bu gün süni intellekt və sosial media sürətli formada insanların həyatına daxil olur:

"Biz getdikcə proseslərin idarə olunmasını nə qədər mürəkkəb olduğunu görürük. Bu mənada dövlətçilik baxımından bizi xeyli narahat edən məsələlər var. Xüsusilə də sosial mediada baş verənlər, müzakirələr və məqsədli şəkildə kənardan edilən müdaxilələr bizi ciddi formada düşündürür. Bu baxımdan süni intellektdən düzgün istifadə və xüsusi təhlükəsizliklə bağlı məqamlar nəzərə alınaraq həm süni intellekt, həm də sosial media ilə bağlı qanunun qəbuluna ehtiyac var".

Deputat həmçinin deyib ki, bu gün dünyada baş verən proseslər təhsil sahəsində də islahatların sürətləndirilməsini və qanunvericilik bazasının təkmilləşdirilməsini, gücləndirilməsini zəruri edir:

"Bu baxımdan "Təhsil haqqında" qanuna yenidən baxılmasına, ali təhsil və distant təhsil haqqında qanunun hazırlanmasına və qəbul edilməsinə xüsusi ehtiyac var. Gələcəkdə isə ayrıca Təhsil Məcəlləsi hazırlanmalıdır".

Ceyhun Məmmədov eyni zamanda milli-mənəvi dəyərlərin qorunması ilə bağlı qanunun qəbulunun da zəruri olduğunu söyləyib:

"Bu gün qloballaşma prosesinin milli-mənəvi dəyərlərimiz üçün çox ciddi təhdid və təhlükələr yaratdığını müşahidə edirik. Artıq dünyada dəyərlərin sürətli formada transformasiyası gedir və bu mənada milli-mənəvi dəyərlərin qorunması üçün hüquqi bazanın yaradılmasını təklif edirəm. Bununla yanaşı, Azərbaycan ailə dəyərləri də çox ciddi təhdid və təhlükələrlə üz-üzədir. Artıq ailə dəyərlərində müəyyən tənəzzülün baş verdiyi müşahidə olunur. Bu baxımdan proseslərin qarşısının alınması üçün əlavə qərar və qanunların qəbul edilməsinə ehtiyac olduğunu düşünürəm. Proseslər bu templə davam etsə, gələcəkdə Azərbaycanda ailə institutu tamamilə sıradan çıxa bilər. Ona görə də qanunun qəbulu gələcəkdə hansısa proseslərin qarşısının alınmasına töhfə verə bilər".

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM