Sentyabrın 29-da ölkə ərazisində qeydə alınan 44, əvvəlki dövrlərdən bağlı qalan 12 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən NTV-yəverilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 135, o cümlədən borclu şəxs qismində axtarışda olan 114 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Eləcə də ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 15 nəfər, dələduzluğa görə axtarışda olan 4 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.
Eyni zamanda, narkotiklərlə əlaqəli 11 fakt müəyyən edilib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə ümumi çəkisi 17 kiloqrama yaxın narkotik vasitə və 1600 ədəd güclü təsiredici xassəyə malik həb aşkar olunaraq götürülüb.
Həmçinin qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 15 fakt müəyyən edilib. Paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 8 avtomat silahı, 7 qumbara, 9 tüfəng, 4 patron darağı və 158 ədəd müxtəlif çaplı patron aşkar edərək götürülüb.
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlanılıb.
