satellite   Azerspace-1: 11135 H 30000

Perunun paytaxtında musiqili fəvvarələr Azərbaycan Bayrağının rənglərinə bürünüb - FOTOLAR

Perunun paytaxtında musiqili fəvvarələr Azərbaycan Bayrağının rənglərinə bürünüb<font color=red> - FOTOLAR</font> Perunun paytaxtında musiqili fəvvarələr Azərbaycan Bayrağının rənglərinə bürünüb<font color=red> - FOTOLAR</font> Perunun paytaxtında musiqili fəvvarələr Azərbaycan Bayrağının rənglərinə bürünüb<font color=red> - FOTOLAR</font> Perunun paytaxtında musiqili fəvvarələr Azərbaycan Bayrağının rənglərinə bürünüb<font color=red> - FOTOLAR</font>

Perunun paytaxtı Lima şəhərinin ən məşhur istirahət məkanlarından biri olan “Circuito Mágico del Agua” parkında 28 May – Müstəqillik Gününə həsr olunmuş xüsusi videoproyeksiya nümayiş etdirilib.

NTV xəbər verir ki, musiqili fəvvarələr xüsusi lazer işıqlandırma texnologiyası vasitəsilə Azərbaycan Bayrağının rənglərinə bürünüb.

Parkı ziyarət edən şəhər sakinlərinə Azərbaycanın Müstəqillik Gününə dair videoçarxlar nümayiş etdirilib, Azərbaycan bəstəkarlarının əsərləri səsləndirilib. Videoçarxlarda Azərbaycanın zəngin tarixi, mədəni və dini-memarlıq irsi, turizm imkanları, “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı, eləcə də ölkəmizdə elan olunmuş “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Bakı şəhərinin və Azərbaycanın regionlarının tarixi və müasir memarlıq üslublarının vəhdətini əks etdirən görüntülər təqdim olunub.

Nümayiş parkın çoxsaylı qonaqları tərəfindən böyük maraq və rəğbətlə qarşılanıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM