satellite   Azerspace-1: 11135 H 30000

Premyer Liqanın XXXV turu “Neftçi”nin iki futbolçusu üçün əlamətdar olub

Premyer Liqanın XXXV turu “Neftçi”nin iki futbolçusu üçün əlamətdar olub

Azərbaycan Premyer Liqasının XXXV turu “Neftçi”nin iki futbolçusu üçün əlamətdar olub.

Naxçıvan televiziyası İnformasiya Agentliyi Peşəkar Futbol Liqasına istinadla xəbər verir ki, “Kəpəz”lə Qəbələdə baş tutan səfər matçı Rəhman Hacıyev və Voyislav Stankoviçin yubileyi ilə yadda qalıb.

Rəhman Hacıyev Azərbaycan çempionatlarında 250-ci oyununu keçirib. Otuz yaşlı yarımmüdafiəçi Premyer Liqada 2008-2009-cu il mövsümündə debüt edib. İlk oyununa “Bakı”nın forması ilə çıxan R.Hacıyev 14 mövsüm ərzində 4 fərqli klubda çıxış edib. Onun hesabında 27 qol var. O, “Neftçi”də 144 (14 qol), “Bakı”da 44 (2 qol), “Şamaxı”da 44 (8 qol), “Sumqayıt”da 18 (3 qol) oyun keçirib.

Qəbələ şəhər stadionuna kapitan kimi çıxan V.Stankoviç isə Premyer Liqada 200-cü matçını keçirib. Debütü 2014-2015-ci il mövsümünə təsadüf edən 36 yaşlı serbiyalı müdafiəçi 8 mövsümdə 3 fərqli klubda forma geyinib. Onun hesabında 9 qol var. Debüt etdiyi “İnter”də (indiki “Şamaxı”) 12 (1 qol) matç keçirən arxa xətt oyunçusu “Qəbələ”də 92 (1 qol), “Neftçi”də 96 (7 qol) dəfə şans qazanıb.

Qeyd edək ki, “Kəpəz” – “Neftçi” oyununda Bakı təmsilçisi 3:1 hesabı ilə qalib gəlib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM