satellite   Azerspace-1: 11135 H 30000

Lionel Messi daha bir rekorda imza atıb

Lionel Messi daha bir rekorda imza atıb

Fransanın PSJ klubunun futbolçusu Lionel Messi daha bir rekorda imza atıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyinin məlumatına görə, argentinalı hücumçu cari mövsüm “Top-5” liqalarda çıxış edən oyunçular arasında bütün turnirlərdə 20 qol və 20 məhsuldar ötürməyə çatan ilk oyunçu olub.

36 yaşlı forvard Fransa Liqa 1-nin XXXVI turunda “Oser”lə keçirilən oyunda komandasının 2:1 hesablı qələbəsinə bir assistlə töhfə verib. Bu, onun mövsümdə 20-ci məhsuldar ötürməsi olub.

Qeyd edək ki, Lionel Messi cari mövsüm PSJ-nin heyətində ümumilikdə 39 oyun keçirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM