satellite   Azerspace-1: 11135 H 30000

Avrokuboklarda final oyunlarının hakimləri açıqlanıb

Avrokuboklarda final oyunlarının hakimləri açıqlanıb

İtaliyanın "İnter" və İngiltərənin "Mançester Siti" komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının final oyununun hakimi bəlli olub.

Naxçıvan televiziyası İnformasiya Agentliyinin məlumatına görə, qarşılaşma polşalı FIFA referisi Şimon Marçinyaka tapşırılıb.

İtaliyanın "Roma" və İspaniya "Sevilya"sı arasındakı UEFA Avropa Liqasının final görüşünü ingiltərəli Entoni Teylor idarə edəcək.

Nəhayət, İtaliyanın "Fiorentina" və İngiltərənin "Vest Hem" kollektivləri arasındakı UEFA Konfrans Liqasının həlledici qarşılaşmasında ispaniyalı Karlos Del Serro Qrande iş başında olacaq.

Qeyd edək ki, Çempionlar Liqasının finalı iyunun 10-da, Avropa Liqasının əsas matçı mayın 31-də, Konfrans Liqasındakı həlledici matç isə iyunun 7-də oynanılacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM