satellite   Azerspace-1: 11135 H 30000

"Real Madrid"in irqçiliyə məruz qalan futbolçusunun qırmızı vərəqəsi ləğv olunub

"Real Madrid"in irqçiliyə məruz qalan futbolçusunun qırmızı vərəqəsi ləğv olunub

İspaniya Kral Futbol Federasiyası (RFEF) "Real Madrid"in futbolçusu Vinisius Juniorun La Liqanın XXXV turunda “Valensiya” ilə oyunda aldığı qırmızı vərəqəni ləğv edib.

Naxçıvan televiziyası RFEF-nin rəsmi saytına istinadən xəbər verir ki, uzun müzakirələrdən sonra qərar qəbul olunub.

Qarşılaşmanın baş hakiminin insident haqqında tam məlumata malik olmaması və matçın protokolunda epizodu düzgün qiymətləndirmədiyi səbəb kimi göstərilib.

Beləliklə, braziliyalı oyunçu bu gün "Rayo Valyekano" ilə görüşdə meydana çıxa bilər.

Qeyd edək ki, Vinisius Junior "Valensiya" ilə oyunda azarkeşlər tərəfindən irqçiliyə məruz qalıb. Qarşılaşmanın sonlarında rəqib futbolçularla davada iştirak edən vinger birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM