satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycanın şahmat yığmaları Avropa çempionatında turu xalsız başa vurublar

Azərbaycanın şahmat yığmaları Avropa çempionatında turu xalsız başa vurublar

Monteneqroda şahmat üzrə komandalar arasında Avropa çempionatında VI turun oyunları keçirilib.

Naxçıvan televiziyası xəbər verir ki, kişi şahmatçılardan ibarət Azərbaycan millisi hesabat turunda Yunanıstana uduzub 1,5-2,5. Teymur Rəcəbov məğlub olub, Şəhriyar Məmmədyarov, Nicat Abasov və Vasif Durarbəyli heç-heçə oynayıb.

Qadın şahmatçılardan ibarət yığmamız isə Bolqarıstanla mübarizədə xalsız qalıb 1,5-2,5. Günay Məmmədzadə, Xanım Balacayeva və Gülnar Məmmədova turu heç-heçə ilə başa vurub. Ülviyyə Fətəliyeva isə məğlub olub.

Bu gün keçiriləcək VII turda kişilərdən ibarət Azərbaycan komandası Moldova, qadın şahmatçılar isə İngiltərə ilə mübarizə aparacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM