satellite   Azerspace-1: 11135 H 30000

AVRO-2024: Azərbaycan millisi səfərdə Belçika ilə üz-üzə gələcək

AVRO-2024: Azərbaycan millisi səfərdə Belçika ilə üz-üzə gələcək

Bu gün Azərbaycan millisi AVRO-2024-ün seçmə mərhələsində sonuncu oyununu keçirəcək.

Naxçıvan televiziyası-ın məlumatına görə, Canni De Byazinin baş məşqçisi olduğu kollektiv Belçika yığmasının qonağı olacaq.

"Kinq Baudouin” stadionunda reallaşacaq görüş Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

Matçı Gerqo Boqarın rəhbərlik etdiyi macarıstanlı hakimlər briqadası idarə edəcək. Meydan sahibləri F qrupunda 17 xalla ikincidir. Komandamız isə 7 xalla 4-cü sırada qərarlaşıb.

Qrupun digər oyununda İsveç Estoniyanı qəbul edəcək.

AVRO-2024, seçmə mərhələ

21:00. Belçika - Azərbaycan

Baş hakim: Gerqo Boqar (Macarıstan).

Brüssel. "Kinq Baudouin”

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM