satellite   Azerspace-1: 11135 H 30000

Fransa millisi Azərbaycanla oyundakı rekordunu yeniləyib

Fransa millisi Azərbaycanla oyundakı rekordunu yeniləyib

Fransa millisi AVRO-1996-nın seçmə mərhələsində Azərbaycan yığması ilə oyundakı rekordunu yeniləyib.

Naxçıvan televiziyası xəbər verir ki, komanda AVRO-2024-ün seçmə mərhələsində Cəbəllütariqin qapısından 14 cavabsız top keçirməklə buna nail olub.

Bu, fransızların ən böyükhesablı qələbəsi kimi tarixə düşüb. Son dünya çempionatının finalçısı 28 illik rekordunu yeniləyib. Komandanın buna qədər ən məhsuldar oyunu 1995-ci ildə Azərbaycan millisi üzərində qazandığı 10:0 hesablı qalibiyyət olub.

Cəbəllütariqlə qarşılaşma həm də Avropa çempionatları tarixinin ən böyükhesablı qələbəsidir. Fransızlar Almaniya yığmasının AVRO-2008-in seçmə mərhələsində San Marino üzərindəki 13:0 hesablı qələbə rekordunu qırıblar.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM