satellite   Azerspace-1: 11135 H 30000

AFFA rəsmisi: "Himnimiz səslənməsəydi, meydandan çıxacaqdıq"

AFFA rəsmisi: "Himnimiz səslənməsəydi, meydandan çıxacaqdıq"

AFFA Azərbaycan millisinin səfərdə Belçikaya qarşı keçirdiyi AVRO-2024-ün seçmə mərhələsinin sonuncu turunun oyununda Dövlət Himninin səhv səsləndirilməsinə münasibət bildirib.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə "Report"un Brüsselə ezam olunmuş əməkdaşına milli assosiasiyanın mətbuat xidmətinin rəhbəri Elnur Məmmədli açıqlama verib.

O, ilk olaraq İsveç himninin verildiyini xatırladıb: "Sonra söylədilər ki, matça başlayın. Bizimkilər dedi ki, o zaman oynamırıq. Federasiya rəsmiləri aşağı düşdülər ki, himn səslənməsə, meydandan çıxacağıq. Ondan sonra Himnimizi verdilər. Səhvən DJ ötən görüşdən qalma İsveçin himnini verib. Belçika yığmasının üzvü Romelu Lukaku üzr istədi, dedi ki, biz gözləyirik, problem yoxdur. Himn səslənsin".

Qeyd edək ki, hazırda qarşılaşmada ikinci hissə oynanılır və meydan sahibləri 4:0 hesabı ilə öndədirlər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM