satellite   Azerspace-1: 11135 H 30000

AVRO-2024: Azərbaycan millisi seçmə mərhələni məğlubiyyətlə başa vurub

AVRO-2024: Azərbaycan millisi seçmə mərhələni məğlubiyyətlə başa vurub

Azərbaycan millisi AVRO-2024-ün seçmə mərhələsində sonuncu oyununu keçirib.

Naxçıvan televiziyası-ın məlumatına görə, Canni De Byazinin baş məşqçisi olduğu kollektiv Belçika yığmasının qonağı olub.

Qarşılaşma meydan sahiblərinin 5:0 hesablı qələbəsi ilə yekunlaşıb. "Qırmızı-şeytanlar"ın heyətində 17, 26, 30 və 37-ci dəqiqələrdə Romelu Lukaku, 90-cı dəqiqədə Leandro Trossard fərqlənib. F qrupunun digər görüşündə İsveç Estoniyanı məğlubiyyətə uğradıb - 2:0.

Bu nəticələrdən sonra xallarının sayını 20-yə çatdıran Belçika seçmə mərhələni qrup lideri kimi başa vurub. Avstriya 19 xalla ikinci, İsveç 10 xalla üçüncü, millimiz 7 xalla dördüncü, Estoniya bir xalla sonuncu yeri tutub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM