satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan Kubokunda son 11 mövsümün rekordu qeydə alınıb

Azərbaycan Kubokunda son 11 mövsümün rekordu qeydə alınıb

“Baku Sportinq” Azərbaycan kubokunda son 11 mövsümün rekorduna imza atıb.

Naxçıvan televiziyası Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, Elman Sultanovun baş məşqçisi olduğu komanda buna I təsnifat mərhələsində nail olub. Bakı klubu evdə “Kürmük Qax”a 6:0 hesabı ilə qalib gəlib. II Liqa təmsilçisi bununla da kubokda ən böyükhesablı qələbə qazanan aşağı liqa komandası olub.

Premyer Liqada çıxış etməyən klubların kubok görüşündə 6 və ya daha çox top fərqi ilə qalib gəlməsinə sonuncu dəfə 2012/13 mövsümünün 1/16 final mərhələsinə təsadüf olunmuşdu. “Baku Sportinq”dən 4042 gün əvvəl - 2012-ci il oktyabrın 24-də “Lokomotiv”lə (Biləcəri) görüşən “Qaradağ Lökbatan” 7 cavabsız qolla qalib gəlib.

Qeyd edək ki, ümumiyyətlə Azərbaycan kubokunda 6 top fərqi 58-ci dəfə qeydə alınıb. Aşağı liqa komandaları isə buna 10-cu dəfə nail olublar.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM