satellite   Azerspace-1: 11135 H 30000

"Araz-Naxçıvan" ölkə kubokunda darmadağınla mərhələ adlayıb

"Araz-Naxçıvan" ölkə kubokunda darmadağınla mərhələ adlayıb

Futbol üzrə Azərbaycan Kubokunda II təsnifat mərhələsinin daha bir oyunu keçirilib.

Naxçıvan televiziyası xəbər verir ki, günün üçüncü matçında "Araz-Naxçıvan" II Liqa təmsilçisi "Kür-Araz"la üz-üzə gəlib.

Qarşılaşma Naxçıvan təmsilçisinin 6:1 hesablı qələbəsi ilə yekunlaşıb. Komanda 1/8 finalda "İrəvan"la qarşılaşacaq.

Daha əvvəl "Kəpəz" və "Qaradağ Lökbatan" növbəti mərhələyə vəsiqə qazanıblar. Günün sonuncu oyununda "Sumqayıt" "Lerik"lə münasibətləri aydınlaşdıracaq.

Qeyd edək ki, ötən gün "İrəvan", MOİK, "Karvan", "Səbail" və "Turan Tovuz" 1/8 finala yüksəliblər. Bu raundun digər matçları noyabrın 30-da reallaşacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM