satellite   Azerspace-1: 11135 H 30000

Dünya çempionatı: Azərbaycanın qadın güləşçiləri daha iki medal qazanıblar

Dünya çempionatı: Azərbaycanın qadın güləşçiləri daha iki medal qazanıblar

Qadın güləşçilərdən ibarət Azərbaycan millisi Bakıda keçirilən hərbçilər arasında dünya çempionatında çıxışını başa vurub.

Naxçıvan televiziyası xəbər verir ki, yarışın üçüncü günündə daha iki idmançımız fəxri kürsüyə qalxıb.

Jalə Əliyeva (57 kiloqram) birinci, Birgül Soltanova üçüncü yerlərə sahib olublar.

Çempionatın digər günlərində Ruzanna Məmmədova (59 kiloqram) qızıl, Elnurə Məmmədova (50 kiloqram) gümüş, Nərgiz Səmədova (55 kiloqram) və Gültəkin Şirinova (53 kiloqram) isə bürünc medal qazanıblar. Bununla da medallarının sayını 6-ya çatdıran Azərbaycan təmsilçiləri turniri komanda hesabında ikinci yerdə tamamlayıblar.

“İdmanla Dostluq” devizi altında təşkil olunan yarış dekabrın 3-dək davam edəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM