satellite   Azerspace-1: 11135 H 30000

Böyük Dəbilqə: Azərbaycan cüdoçusu finala yüksəlib

Böyük Dəbilqə: Azərbaycan cüdoçusu finala yüksəlib

Azərbaycan cüdoçusu Hidayət Heydərov Yaponiyanın paytaxtı Tokioda keçirilən Böyük Dəbilqədə finala yüksəlib.

Naxçıvan televiziyası-ın məlumatına görə, 73 kq çəki dərəcəsində çıxış edən idmançı qızıl medal uğrunda görüşdə yerli idmançı Soişi Haşimoto ilə üz-üzə gələcək.

81 kq-dakı Zelim Tçkayev isə bürünc medal uğrunda qarşılaşmada Tacikistan təmsilçisi Somon Makhmadbekovun müqavimətini qırmağa çalışacaq.

Bu gün tamamiya çıxan Rəşid Məmmədəliyev (73 kq), Səid Mollayi (81 kq), Vüqar Talıbov, Murad Fətiyev (hər ikisi 90 kq) Acelya Toprak (57 kq) medal şanslarını itiriblər.

Xatırladaq ki, Azərbaycan millisi yarışda 8 çəki dərəsində 13 kişi və 1 qadın idmançı ilə təmsil olunur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM