Premyer Liqa: bu gün “Sabah” səfər, “Neftçi” ev oyununa çıxacaq

Premyer Liqa: bu gün “Sabah” səfər, “Neftçi” ev oyununa çıxacaq

Azərbaycan Premyer Liqasında XV tur davam edir.

NUHÇIXAN -ın məlumatına görə, bu gün daha iki oyun keçiriləcək.

Günün ilk matçı Gəncədə baş tutacaq. Yerli “Kəpəz” “Sabah”ı qəbul edəcək. Autsayder mövqeyində qərarlaşan gəncəlilər sonuncu pillədən qurtulmaq niyyətindədirlər. Uğursuz mövsüm keçirən “Sabah” isə buna son qoymaq əzmindədir.

Daha sonra paytaxt derbisi oynanılacaq. Qeyri-sabit nəticələrlə diqqət çəkən “Neftçi” liderlər mövqeyində qərarlaşan “Zirə” ilə üz-üzə gələcək. Rəşad Sadıqovun yetirmələrinin mümkün qalibiyyəti rəqiblə aradakı xal fərqinin daha da böyüməsinə səbəb olacaq. Bu üzdən “ağ-qaralar” doğma arenada buna imkan verməməyə çalışacaq.

Premyer Liqa

XV tur

3 dekabr (bazar)

15:00. “Kəpəz” – “Sabah”

Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Müslüm Əliyev, Əli Əliyev

Hakim-inspektor: Feyzulla Feyzullayev

AFFA nümayəndəsi: Məmmədəli Məmmədov

Tovuz şəhər stadionu

17:00. “Neftçi” – “Zirə”

Hakimlər: İnqilab Məmmədov, Kamran Bayramov, Rahil Ramazanov, Cavid Cəlilov

Hakim-inspektor: Barış Şimşek

AFFA nümayəndəsi: Eldəniz Musayev

“Neftçi Arena”

 

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM