satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan cüdoçuları Böyük Dəbilqə turnirini 3 medalla başa vurublar - YENİLƏNİB

Azərbaycan cüdoçuları Böyük Dəbilqə turnirini 3 medalla başa vurublar - YENİLƏNİB

Azərbaycan cüdoçuları Yaponiyanın paytaxtı Tokioda keçirilən Böyük Dəbilqə turnirini 3 medalla başa vurublar.

Naxçıvan televiziyası-ın məlumatına görə, yarışın ikinci günündə bir idmançı fəxri kürsüyə qalxıb.

Zelim Kotsoyev (100 kq) 3-cü yer uğrunda dueldə italiyalı Cennaro Pirelliyə qalib gəlib. Əvəzində Balabəy Ağayev bürünc medal uğrunda görüşdə Beynəlxalq Cüdo Federasiyasının (İJF) bayrağı altında çıxış edən Ayub Bliyevə uduzub.

Qeyd edək ki, ötən gün Hidayət Heydərov (73 kq) qızıl, Zelim Tçkayev (81 kq) bürünc medal qazanıblar.

Azərbaycan millisi yarışa 13 kişi, 1 qadın cüdoçu ilə qoşulmuşdu.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM