satellite   Azerspace-1: 11135 H 30000

Fransalı azarkeş çempionat oyunundan əvvəl öldürülüb

Fransalı azarkeş çempionat oyunundan əvvəl öldürülüb

Fransada "Nant" və "Nitsa" komandaları arasında keçirilmiş Liqa 1-in XIV turunun oyunundan əvvəl azarkeş öldürülüb.

Naxçıvan televiziyası "Ouest France" nəşrinə istinadən xəbər verir ki, "Nitsa"nın 31 yaşlı fanatı stadionun yaxınlığındakı obyektdə kürəyindən bıçaqlanıb.

Tərəfdar xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Cinayətkar əvvəl hadisə yerindən qaçsa da, sonra polis bölməsinə gələrək günahını etiraf edib. O, özəl nəqliyyat şirkətinin sürücüsü olub və "Nitsa" fanatlarını stadiona daşıyıb. Onunla azarkeş arasında münaqişə yaşanıb.

Qeyd edək ki, görüş "Nant"ın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM