satellite   Azerspace-1: 11135 H 30000

UEFA "Qarabağ"la oyunda baş verənlərə görə Sloveniya klubunun şikayətini rədd edib

UEFA "Qarabağ"la oyunda baş verənlərə görə Sloveniya klubunun şikayətini rədd edib

UEFA Sloveniyanın "Olimpiya" klubunun "Qarabağ"a qarşı Avropa Liqasının pley-off mərhələsinin ilk oyunu ilə bağlı verdiyi apellyasiya şikayətini rədd edib.

Naxçıvan televiziyası qitə futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, təşkilatın Nəzarət, Etika və İntizam Komitəsinin sentyabrın 28-də verdiyi qərar qüvvədə saxlanılıb.

Qeyd edək ki, "Olimpiya" Lyublyanadakı qarşılaşmada meydana əşyaların atılmasına görə 22625, komandanın düzgün olmayan davranışına görə isə 4500 avro cərimələnib. Həmin görüş Azərbaycan çempionunun 2:0 hesablı qələbəsi ilə başa çatıb. Bakıda rəqibi ilə heç-heçə (1:1) edən "köhlən atlar" turnirin qrup mərhələsinə yüksəlib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM