satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan çempionatının oyunu voleybolçuların xəstələnmələri səbəbindən təxirə salınıb

Azərbaycan çempionatının oyunu voleybolçuların xəstələnmələri səbəbindən təxirə salınıb

Kişi voleybolçular arasında Azərbaycan çempionatının “Xarı Bülbül" (Laçın) - “Neftçi” oyunu təxirə salınıb.

Azərbaycan Voleybol Federasiyasından (AVF) Naxçıvan televiziyası-a verilən məlumata görə, buna səbəb bəzi oyunçuların səhhətində problem yaranmasıdır.

“Neftçi”dən AVF-yə rəsmi müraciət ünvanlanıb və komandanın 6 oyunçusunda (Emin Abdullayev, Milad Salehi, Abdollah Azmun, Mohammad Norouzi, Mohammad Abolhasanı, Mohsen Vazehi) yüksək hərarətin (diaqnoz - Kəskin Respirator Xəstəlik) müşahidə edildiyi bildirilib.

Qurum yaranmış vəziyyəti nəzərə alaraq, bu gün keçirilməli olan qarşılaşmanın təxirə salınmasına qərar verib. Matçın nə zaman baş tutacağı hələ ki bəlli deyil.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM