satellite   Azerspace-1: 11135 H 30000

Türkiyə mətbuatı: AFFA Şenol Günəşlə danışıqlara başlayıb

Türkiyə mətbuatı: AFFA Şenol Günəşlə danışıqlara başlayıb

Türkiyə millisinin və “Beşiktaş” klubunun sabiq baş məşqçisi Şenol Günəş Azərbaycan millisini çalışdıra bilər.

Naxçıvan televiziyası Türkiyə mətbuatına istinadən xəbər verir ki, AFFA 71 yaşlı mütəxəssislə danışıqlara başlayıb.

Türkiyəli məşqçinin son komandası "Beşiktaş" olub. O, bu il oktyabrın 6-da uğursuz nəticələrə görə istefaya göndərilib.

Qeyd edək ki, Azərbaycan millisinə son olaraq Canni De Byazi başçılıq edib. İtaliyalı mütəxəssis noyabrın sonunda öz istəyi ilə yığmadan ayrılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM