Füzuli rayonunun Yuxarı Yağlıvənd kəndi ərazisində KİA və "Mercedes" markalı avtomobillər toqquşub.
NTV-xəbər verir ki, qəza zamanı rayonun Bala Bəhmənli kənd sakini Niyazova Kübra Oruc qızı və Böyük Bəhmənli kənd sakini Mirzəyev Cavid Koroğlu oğlu, habelə Beyləqan rayonunun Birinci Şahsevən kənd sakinləri; Əmirzadə Fərid Fəxri oğlu və İbrahimov Füzuli Sədrəddin oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.
Yaralılar Füzuli Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
